11 noyabr 2011 18:46

“Ən böyük arzum İspaniya Primerosunda top qovmaqdı”

Futbol üzrə Azərbaycan Premyer Liqasının son turunda səfərdə “Qarabağ”la qarşılaşmada “Sumqayıt Şəhər”in ikinci qoluna imza atan Murad Səttarlı klubun rəsmi saytına müsahibə verib. Azerisport.az həmin müsahibə ilə sizi də tanış edir.
 
- “Sumqayıt Şəhər” Premyer Liqanın son turu çərçivəsində “Qarabağ”la oyunda qələbə qazandı. Bu qarşılaşma barədə nə deyə bilərsən?
- Azərbaycan kubokunun 1/16 final mərhələsi çərçivəsində “Lokomotiv”lə görüşdə qazanılan qələbə komandada özünəinamı artırmışdı. AZAL-ı doğma arenada məğlub etdikdən sonra vəziyyət bizim üçün çox dəyişdi. Ağdama yüksək əhval-ruhiyyə ilə yollandıq. Oyunun bizim üçün çətin keçəcəyini bilirdik. “Qarabağ” Azərbaycan çempionatının ən güclü klublarından biridir. Rəqibin heyətində Rəşad Sadıqov və Maksim Medvedevin zədəli olması bizə əlavə stimul vermişdi. “Qarabağ”la qarşılaşmaya olduqca yaxşı başladıq. Bunun məntiqi nəticəsi kimi fasiləyə bir top üstünlüklə yollandıq. İkinci hissədə isə baş məşqçinin göstərişi ilə əks-hücum taktikasını seçdik. Oyunumuz alındı və ikinci qolu vurduqdan sonra rəqibə oynamağa imkan vermədik. Hakimin əlavə etdiyi artırma dəqiqələrində qapımızdan qol buraxsaq da, qələbə qazanmağı bacardıq.
 
- “Qarabağ”ın futbolçusu olsan da, mövsümün əvvəlində icarə əsasında “Sumqayıt Şəhər”ə keçdin. Sabiq klubuna qol vuran zaman hansı hissləri keçirdin?
- Qarşılaşmadan əvvəl Bernhard Raab məni sonradan meydana buraxacağını demişdi. Mən özümü bu oyuna tam şəkildə kökləmişdim. Meydana daxil olduqdan sonra bir imkan düşdü ki, bundan da istifadə etməyi bacardım. Bu mənim Azərbaycan Premyer Liqasında ilk qolum idi. Bu anı heç bir zaman unutmayacağam. Biz peşəkarıq, bu səbəbdən hər il başqa-başqa klubların formalarını geyinə bilərik. Qeyri adi hiss yaşamadım. Lakin “Qarabağ”da mənə yad komanda deyil. Mənim bu səviyyəyə çatmağımda Ağdam klubunun da əməyi var.
 
- Qarşılaşmadan əvvəl qələbəyə inanırdınızmı?
- Qələbəyə inanmayan komanda futbol oynamamalıdı. Bütün komanda ilə buna inandıq və üç xalı qazandıq.
 
- “Sumqayıt Şəhər”i qarşıda “Simurq”la çətin səfər oyunu gözləyir. Komanda Zaqatalaya hansı nəticə üçün yollanacaq?
- Premyer Liqanın birinci dövrəsində Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda “Simurq”a minimal hesabla məğlub olmuşduq. Mənim üçün mövsümün ən pis oyunu məhz Zaqatala təmsilçisi ilə qarşılaşma idi. Bütün komanda olaraq sadəcə bu görüşü düşünürük. Bu dəfə rəqiblə qarşılaşmaya yüksək əhval-ruhiyyə ilə yollanacağıq. İnşallah “Simurq”u səfərdə məğlubiyyətə uğradıb sonuncu pillədən qurtularıq.
 
- Gələcək karyeranla bağlı nə fikirləşirsən?
- Daha bir-iki il Azərbaycanda çıxış etməyi düşünürəm. Özümü yaxşı tərəfdən göstərib legioner həyatı yaşamaq istərdim. Ən böyük arzum İspaniya Primerosunda top qovmaqdı. Bildiyiniz kimi, 21 yaşadək futbolçulardan ibarət millinin heyətinə çağırılırdım. Yenidən özümü sübut edib U-21-ə dəvət almağı çox istəyirəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.