11 noyabr 2011 11:05

Xəzər Lənkəran üçün qara yubiley

Azərbaycan Premyer Liqasının 12-ci turunun “Neftçi” ilə oyunundakı məğlubiyyət “Xəzər Lənkəran” tarixinin 50-ci yenilgisi oldu. Azerisport.az xəbər verir ki, 2004-cü ilin yayında yaradılan komanda bu matçadək keçirdiyi 277 qarşılaşmada 49 dəfə xalsız qalmışdı. 278-ci görüş isə yubiley məğlubiyyəti ilə nəticələndi – 0:5.
 
Komanda bu uğursuzluqların 35-ni ölkə çempionatında, 8-ni Azərbaycan kuboku, 6-nı avrokuboklar və 1-ni Birlik kubokunda yaşayıb. “Xəzər Lənkəran” 2004/2005 mövsümündə 6, növbəti futbol ilində 11 dəfə uduzub. 2006/2007 mövsümündə 3, 2007/2008-də 5, 2008/2009-da 9, 2009/2010-da 8 dəfə uduzan komanda son 2 mövsümdə məğlubiyyətlərinin sayını azaldıb. Ötən mövsüm cəmi 5 dəfə uduzan cənublular cari futbol ilində 3-cü dəfə meydanı başıaşağı tərk etdi.
 
50 məğlubiyyətdən 18-i Ağasəlim Mircavadov, 13-ü Rasim Kara, 8-i Mirça Rednikin baş məşqçiliyi dövrünə təsadüf edir. Nazim Süleymanovla İqor Ponomaryov hərəyə 4, Şenol Fidan 2, Viktor Pasulko isə hamıdan az - 1 dəfə komandanın yenilgisinə şahid olub. Cəmi 1 matçda baş məşqçi əvəzi olan Hafiz Əliyev isə məğlubiyyət acısı yaşamayıb.
 
Bu dəfəki məğlubiyyət əvvəlki 49 yenilgisdən fərqli olub. Belə ki, komanda heç vaxt 5 top fərqi ilə uduzmamışdı. Cəmi 3 dəfə böyük hesaba üzülən “Xəzər Lənkəran” 3 müxtəlif yarışın hərəsində 1 dəfə - amma həmişə 3 top fərqinə üzülmüşdü.
 
“Xəzər Lənkəran”ın böyükhesablı məğlubiyyətləri
 
2005/06
07.05.2006
Azərbaycan kuboku
1/2, cavab
KARVAN (Yevlax)
s
0:3
2008/09
31.07.2008
UEFA kuboku
I təsnifat
LEX (Polşa)
s
1:4
2010/11
17.10.2010
Azərbaycan çempionat
9-cu tur
GƏNCƏ (Gəncə)
s
1:4
2011/12
06.11.2011
Azərbaycan çempionatı
12-ci tur
NEFTÇİ (Bakı)
s
0:5

 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.