11 noyabr 2011 11:42
Ağasəlim Mircavadov: Albaniya ilə oyun yığmamıza lazımdı
Futbolumuzun veteranlarından olan Ağasəlim Mircavadov Albaniya və Azərbaycan milli yığmaları arasında keçiriləcək yoldaşlıq oyunu ilə bağlı fikirlərini bölüşüb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Albaniya ilə oyun komandamıza lazımdı. Mən həmişə hesab etmişəm ki, yığma komandamız daha çox yoldaşlıq oyunları keçirməlidi. Axı məhz bu halda baş məşqçi yetirmələrinin meydanda nəyə qadir olduğunu daha yaxşı bilir. Fikrimcə, Albaniya ilə matç yığmadakı bəzi səhvləri aşkarlayıb, üzə çıxarmağa kömək edəcək. Foqtsun yeniləri sınamaq istəməsi isə başqa məsələdi. Nəticə həmişə vacibdi. Qələbə komandaya inam gətirən əsas amillərdəndi”.
