11 noyabr 2011 23:47
Berti Foqts: Bəxtimiz gətirdi
Futbol üzrə Azərbacan yığmasının baş məşqçisi Berti Foqts Albaniya ilə yoldaşlıq oyununu şərh edib. Azerisport.az xəbər verir ki, o, 1:0 hesabıyla qələbə qazandığımız görüşdən sonra bunları dilə gətirib:
“Bizim bəxtimiz gətirdi. Futbolçularımız ancaq oyunu əvvəlində bir qədər yaxşı futbol sərgilədilər. Qalan vaxt ərzində sadəcə müdafiə olunurdular. Bu gün futbol tanrısı bizim tərəfimizdə idi. Bu oyun gənc futbolçularımız üçün yaxşı bir dərs olacaq. Şadam ki, mövsümün son matçında qələbə qazandıq”.