11 noyabr 2011 12:08
Şahin Diniyev: Başa düşmürəm, bu oyunlar nəyə lazımdı?
Futbol üzrə Azərbaycan yığmasının sabiq baş məşqçisi Şahin Diniyev millimizin bu gün baş tutacaq Albaniya ilə yoldaşlıq oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Düzünü deyim ki, mən bu oyunun nəyə lazım olduğunu, bizim üçün hansı məqsəd daşıdığını bilmirəm. Tiranaya gənc futbolçularla yollanmaq olardı. Yaxın gələcək üçün ehtiyat qüvvəni müəyyənləşdirmək üçün bu, daha yaxşı addım olardı. Amma bu gün yığmada yalnız bir yeni, gənc futbolçunun olduğunu görürük. O da Nizami Hacıyevdi. Daha sonra Almaniya klubu ilə (“Union Berlin” – red.) oynamalıyıq. Belə oyuna görə ölkə çempionatını saxlamaq lazım deyildi”.