11 noyabr 2011 13:47
Fariz Yusifovla Elçin Məmmədov birinci diviziona göndərildi
Futbol üzrə Azərbaycan birinci divizionunda 10-cu turun oyunlarına hakim təyinatları açıqlanıb. Azerisport.az həmin təyinatlarla sizi də tanış edir.
Təyinatlar arasında adətən Premyer Liqa oyunlarını idarə edən bəzi hakimlərin birinci diviziona göndərilməsi diqqət çəkir. Belə ki, Rövşən Əhmədov "Tərəqqi" - "Qaradağ Lökbatan", Elçin Məmmədov "Şahdağ" - "Neftçala", Fariz Yusifov "Lokomotiv" - "Bakılı", Rəhim Həsənov isə "Şuşa" – “MKT-Araz" matçına təyinat alıb.
Bütün təyinatlarla aşağıda tanış ola bilərsiz:
Birinci divizion
10-cu tur
12 noyabr
Göyəzən - Şəmkir
Hakimlər: İnqilab Məmmədov, Elşən Durmuşov, Azad Ə. Hüseynov, Emil Müsadiq.
Hakim-inspektor: Mübariz Hüseynov.
Qazax. Şəhər stadionu.
Tərəqqi - Qaradağ Lökbatan
Hakimlər: Rövşən Əhmədov, Mirzə Fərzəliyev, Habil Əliyev, Etibar Həsənov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
Gəncə. Şəhər stadionu.
Şahdağ - Neftçala
Hakimlər: Elçin Məmmədov, Knyaz Əmiraslanov, Rahil Ramazanov, Xəlil Hüseynli.
Hakim-inspektor: Şaiq Həmidov.
Qusar. Şövkət Orduxanov adına şəhər stadionu.
Şuşa – MKT-Araz
Hakimlər: Rəhim Həsənov, Rasim Əhmədov, Elman Kərimov, Mahir Məmmədov.
Hakim-inspektor: Telman Əzizov.
Bakı. "Şəfa" stadionu, IV meydança.
13 noyabr (bazar)
Muğan - Energetik
Hakimlər: Feyzulla Feyzullayev, Elxan Əsgərzadə, Hüseyn Əsgərov, Qorxmaz Eldarov.
Hakim-inspektor: Vaqif Hüseynov.
Neftçala. Nəriman Nərimanov adına şəhər stadionu.
Lokomotiv - Bakılı
Hakimlər: Fariz Yusifov, Elvin Ağayev, Əli Məmmədov, Vurğun Talıbov.
Hakim-inspektor: Tofiq Şükürov.
"Bakı" FK-nın təlim-məşq bazasının stadionu.
Bütün oyunlar saat 14:00-da başlayacaq.
