12 noyabr 2011 13:00
“Mirça Rednik özü mənə dedi ki, dincəl”
“Xəzər Lənkəran”ın qapıçısı Kamran Ağayev bildirib ki, komandanın baş məşqçisi Mirça Rednik onun diz oynağındakı zədəsindən çoxdan xəbərdardı. Azerisport.az xəbər verir ki, o, son olaylara münasibət bildirərkən, bunları dilə gətirib:
“Hələ sentyabrda “İnter”lə oyun ərəfəsində Mirça Rednikdən soruşmuşdum ki, Kamal Bayramov məni əvəz edə bilər? Rumıniyalı cavab verdi: Dincəl. Yəni o, bilirdi ki, mənim diz oynağımla bağlı problemim var. Amma buna baxmayaraq, yenə belə söhbətlər meydana çıxır”.