12 noyabr 2011 13:33

Kamran Ağayev: Heç XL-ın oyunçusu olub-olmadığımı da bilmirəm

“Xəzər Lənkəran”ın qapıçısı Kamran Ağayev bu gün mətbuat konfransı keçirib. Azerisport.az xəbər verir ki, onun bu qərarına klub rəhbərliyi tərəfindən icazə verilməsə də, millimizin də şərəfini qoruyan qolkiper bu istəyini həyata keçirib.
 
Qeyd edək ki, Kamranın çempionat oyununda çıxış etməkdən imtina etməsi səbəbindən “Xəzər Lənkəran” rəhbərliyi onu yarım il müddətinə komandadan da uzaqlaşdırıb. Amma o, haqqında gəzən şayiələrə son qoymaq üçün məhz jurnalistlərlə görüşməyə qərar verib:

“Zədə hamıda olur. Mən də istisna deyiləm. Yalnız dizimdə olan oynaq zədəsinə - meniskə görə oynamamışam. “Neftçi”ylə oyuna qədər də məndə belə problem var idi. Hələ “İnter”lə oyun ərəfəsində zədə alanda Mirça Redniklə söhbətim oldu. Ondan soruşdum ki, Kamal Bayramov məni əvəzləyə bilər? Onda rumıniyalı mənə dedi ki, get dincəl. Rednik də bilirdi ki, mənim menisklə bağlı məlum problemim var. Amma nədənsə, çoxları elə hesab edir ki, mən qəsdən meydana çıxmaq istəməmişəm. İndi yenə deyirəm: buraxdığım matçlarda zədə səbəbindən iştirak etməmişəm. Mən oynamıram, çünki oynaya bilmirəm. Daha oynamaq istəmədiyim üçün oynamıram”.
 
Ağayev daha sonra bunları dilə gətirib: “Əgər insanın zədəsi varsa, bu, o demək deyil ki, o, mütləq çəliklə gəzməlidi, yaxud yataqda uzanmalıdı. Zədəni ayaq üstə də keçirmək olur. Mən heç normal məşq də edə bilmirəm. Məhz bu səbəbdən Berti Foqts da məni Tiranadan Bakıya qaytarmalı oldu. Menisklə bağlı problem tibbi müayinə zamanı da ortaya çıxdı”.
 
Kamran hazırda ölkə xaricinə yollanmaq haqda düşündüyünü söyləyib: “Mən artıq çoxdan demişəm ki, legioner olmaq istəyirəm. “Neftçi”yə keçməyə hazırlaşmıram. Özü də bütün bu söhbətlərin niyə məhz “Neftçi”yə məğlubiyyətdən sonra ortalığa atıldığını başa düşmürəm. Mənə ölkə xaricindən təkliflər var. Amma hər şeydən əvvəl “Xəzər Lənkəran”la bütün məsələləri yoluna qoymalıyam. Bu komanda ilə ölkə çempionu olmaq istəyirəm. Amma hazırda heç bu komandanın oyunçusu olub-olmadığımı da bilmirəm”.

Ağayev sonda bunları vurğulayıb: “Bizə mətbuatla ünsiyyət qadağan olunub. Amma mənə danışmaq olar. Çünki nə danışdığımı bilirəm. Artıq heç nə demirəm. Düzdü, oyundan dərhal sonra nəsə deyə bilərəm. Amma bu, emosional vəziyətdə olduğum üçün baş verə bilər. Rednik məndən kapitan sarğısını almayıb. O, heç mənə əsəbləşməyib də. Hansı ki, bəzi mətbuat orqanları yazmışdılar ki, guya “Bakı” ilə oyundan sonra mənimlə yüksək tonda danışıb. Elə klubun vitse-prezidenti Tuyqun Nadirov da bildirib ki, rumıniyalı mənimlə bağlı heç bir qərar verməyib”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.