12 noyabr 2011 01:45
Berti Foqts daha iki futbolçunu Bakıya qaytardı
Futbol üzrə Azərbaycan yığmasının daha iki futbolçusu Albaniyadan birbaşa Bakıya qayıtmalı olacaq. Azerisport.az xəbər verir ki, bunlar Mahir Şükürovla Elşən Məmmədovdu.
Onlardan Şükürov Albaniya ilə yoldaşlıq oyunundan (1:0) əvvəlki son məşqlərin birində zədələnərək sıradan çıxmışdı. Məmmədovla bağlı qərarın hansı əsasla verilməsi isə tam dəqiq deyil.
Xatırladaq ki, onlardan öncə daha üç futbolçunun millidən kənarlaşdırılmasına qərar verilmişdi. Belə ki, “Qarabağ”ın yarımmüdafiəçisi Rəşad Sadiqov, “Xəzər Lənkəran”ın hücumçusu Branimir Subaşiç və “İnter”in müdafiəçisi Vladimir Levin Almaniyaya aparılmayacaqdı. Buna səbəb kimi isə, onların əvəzində yığmaya gənc oyunçuların dəvət alması göstəlir. Hansı ki, həmin oyunçular Almaniyada yerli “Union Berlin” klubuyla yoldaşlıq görüşündə sınaqdan keçiriləcəklər.
