12 noyabr 2011 14:09

Foqts 5 oyunçunu heyətdən çıxarıb, dördünü dəvət etdi

Azərbaycan milli komandasının Albaniyada təşkil olunmuş təlim-məşq toplanışı yekunlaşıb. Azerisport.az xəbər verir ki, bu gündən etibarən millimizin Almaniyanın Berlin şəhərində təlim-məşq toplanışı başlayacaq.
 
Hazırlıq prosesi çərçivəsində noyabrın 15-də millimiz “Union Berlin” klubu ilə yoldaşlıq oyunu keçirəcək. Bu oyununun test xarakterli olduğu nəzərə alınaraq və gələcəkdə millidə çıxış etmək ehtimalı böyük olan gənc futbolçuların təcrübə toplaması məqsədilə komandanın heyətində dəyişiklik edilib.
 
Vladimir Levin, Elşən Məmmədov, Mahir Şükürov, Branimir Subaşiç və Rail Məlikov bu gün millinin düşərgəsini tərk edərək Bakıya qayıdacaq. Bununla yanaşı, hazırda 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətində Almaniyanın Duysburq şəhərində təlim-məşq toplanışında olan Amit Quluzadə, Cihan Özkara, Bədavi Hüseynov və Rizvan Umarov milli komandanın düşərgəsinə gedəcək.
 
Maraq üçün xatırladaq ki, öncədən Rəşad Sadiqovun millidən kənarlaşdırılacağı bildirilsə də, Foqts onu yox, Raili Bakıya göndərməyə qərar verib. Qalanların isə Tiranadan birbaşa Bakıya qayıdacağı öncədən də məlum idi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.