12 noyabr 2011 17:42
Yığmamız Almaniyaya məğlub oldu (YENİLƏNİB)
Bu gün futbol üzrə 17 yaşadək futbolçulardan ibarət Azərbaycan və Almaniya yığma komandaları arasında yoldaşlıq oyunu keçirilib. Azerisport.az xəbər verir ki, görüş AFFA Futbol Mərkəzindəki “Dalğa Arena”da oynanılıb.
Qarşılaşmada hesabı 5-ci dəqiqədə almanlar açıblar. 37-ci dəqiqədə Berti Foqtsun həmvətənləri daha bir qola seviniblər. Fasilədən sonra da üstün tərəf almanlar olub. Belə ki, qonaqlar 46-da hesabı darmadağın həddinə çatdırıblar. Təbriz Həsənovun yetirmələri yalnız əlavə vaxtda, 80+2-ci dəqiqədə təsəlli qoluna imza ata biliblər.
Yoldaşlıq oyunu
12 noyabr
Azərbaycan - Almaniya - 1:3 (0:2)
