12 noyabr 2011 15:54
Neftçinin istirahəti başa çatdı
"Neftçi"nin futbolçuları Azərbaycan milli komandasının yoldaşlıq oyunu keçirməsi ilə əlaqədar Premyer Liqada yaranmış fasiləyə görə istirahətə buraxılmışdılar. Azerisport.az xəbər verir ki, artıq bu gün flaqman istirahətə son qoyaraq, məşqlərə başlayıb.
Komanda üzvləri klubun bazasındakı meydançada hazırlıq keçib. Azərbaycan milli komandasının düşərgəsində olan futbolçular - Rail Məlikov və Ruslan Abışov, U-21 yığmasının üzvləri - Araz Abdullayev, Mirhüseyn Seyidov, Cavid İmamverdiyev və Tərlan Quliyev, eləcə də Özbəkistan milli komandasına cəlb olunmuş Bahodir Nasimov məşq prosesində iştirak etməyiblər.
Qeyd edək ki, "Neftçi" Premyer Liqanın 13-cü turunda səfərdə "Qəbələ" ilə qarşılaşacaq. Oyun noyabrın 20-də baş tutacaq.
