12 noyabr 2011 16:17
Araz Abdullayev də yığmadan kənarlaşdırıldı
21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətində dəyişiklik olunub. Azerisport.az xəbər verir ki, Araz Abdullayev zədəli olduğu üçün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətindən çıxarılıb.
Xatırladaq ki, yığmamız Almaniyanın Duysburq şəhərində təlim-məşq toplanışındadı. Bu üzdən Abdullayev əsas millimizin də Almaniyadakı hazırlıq prosesinə qatıla bilməyəcək. Hansı ki, Berti Foqts daha 3 futbolçuyla birgə Arazı da “Union Berlin”lə görüşə dəvət etmişdi.
