12 noyabr 2011 11:38
Berti Foqts: Millidəki işimdən narazıyam
Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts Albaniya ilə səfərdə keçirilən yoldaşlıq oyunundan (1:0) sonra azerisport.az saytının suallarını cavablandırıb.
- Albaniya ilə oyunda çərçivəni Kamran Ağayev yox, Andrey Popoviç qoruyurdu. Onun çıxışından razı qaldınız?
- Əgər komanda minimal hesabla qələbə qazanırsa, burda qapıçının xidməti çox böyük olur. Mən Andrey Popoviçin oyunundan razıyam. Amma matç ərəfəsində onun həyəcanlandığını hiss edirdim. Gələcəkdə o, bu həyəcanını boğmalıdı. Qapıçıya soyuqqanlı olmaq vacibdi. Onun böyük potensialı var. Gələcəkdə yaxşı qapıçı ola bilər.

- Bu görüşdə komandamızın üç lideri iştirak etmirdi. Rəşad Sadıqovun, Mahir Şükürovun, Kamran Ağayevin yoxluğu hiss olunurdumu?
- Bəli, komandamın lideri meydanda deyildi. Amma bu görüşdə bizim əsas problemimiz o idi ki, orta xəttdə müdafiə olunurduq, tez-tez top itirirdi. Tipik Azərbaycan futbolu sərgilədik. Qol vurub, bütün gücümüzlə müdafiə olunduq. Bu, səhvdi. Biz hücumlarımıza davam etməli və üstünlüyümüzü daha da möhkəmləndirməliydik. Amma təəssüf ki, bu, bizdə alınmır. Komandam Əliyevin qolundan sonra futbol oynamağa başladı.
- Albaniya ilə oyunda komandanı meydana Ruslan Abışov çıxardı. Onun kapitanlığından razı qaldınız?
- Ruslan Abışov bu görüşdə öz mövqeyində çıxış edirdi. Hamı gördü ki, o, öz liderlik keyfiyyətlərini necə nümayiş etdirdi və yaxşı futbol sərgilədi. Heç vaxt futbolçularımı mətbuata tərifləməmişəm. Amma onu qeyd etməliyəm ki, Ruslanın çıxışından razı qaldım.
- Faktiki olaraq yeni komandayla meydana çıxmışdınız. Mümkündü ki, yeni tsikl öncəsi radikal dəyişikliklərə əl atasız?
- Dekabrın 5-dən 8-ə qədər biz daha bir təlim-məşq toplanışı planlaşdırmışıq. Bu futbolçulardan yalnız dördü mənim üçün tanış olacaq. Qalanları hamısı yenilər olacaq. Yığma üzvlərindən heç kim öz yerinə görə arxayınlaşmamalıdı. Özünü göstərmək istəyən gəncləri çağırmaq istəyirəm. Xüsusilə də, 19 yaşlılardan ibarət komandanın üzvlərini. Həmçinin Maksim Medvedevə də daha bir şans vermək istəyirəm.
- Bəs AFFA rəhbərliyi ilə nə vaxt danışıqlara başlayacaqsız?
- İlin sonuna hələ vaxt qalır. Bu, müzakirə mövzusu deyil. Mənim AFFA prezidenti Rövnəq Abdullayevlə yaxşı münasibətlərim var. Biz həmişə bir-birimizə qarşı ədalətli olmuşuq. Vaxtı çatanda danışacağıq.
- Sizin adınız tez-tez Türkiyə, Albaniya və digər yığmalarla yanaşı çəkilir...
- Gəlin başqa suallara keçək. Belə gedişlə biz 49 ölkənin adını çəkib, növbəylə müzakirə edə bilərik.
- Yəni, sizi aldığınız təkliflər həyəcanlandırmır?
- Bu mövzuda danışmaq istəmirəm. Mənim hazırda müqaviləm var və işləməliyəm. 2012-ci ilin 1 yanvarında nə edəcəyimi indidən danışmaqda heç bir məna görmürəm.
- Əgər hazırkı postunuzu tərk etsəz, Azərbaycan yığmasında yerli, yoxsa əcnəbi mütəxəssisin işləməsini məsləhət görərdiz?
- AFFA-ya göstəriş vermək istəmirəm. Bu haqda qərarı AFFA prezidenti verməlidi.
- AFFA rəhbərliyinə hesabat verməyə hazırlaşırsız. Son iki ildəki fəaliyyətinizdən nə dərəcədə razı olduğunuzu indi də açıqlaya bilərsizmi?
- Mən öz işimdən narazıyam. Başa çatan tsikldə Azərbaycan daha çox xal toplaya bilərdi. Fiziki hazırlıq baxımından da vəziyyət iki il öncə ilə müqayisədə pisləşib. Bu da ondan xəbər verir ki, futbolçular klublarında pis çalışırlar. Belə olan halda öz işimdən razı ola bilmərəm. Mən yığma ilə işləmək üçün çox az vaxt qazanıram. Seçmə mərhələ oyunları öncəsi əlavə 2-3 gün də vaxt qazanmaq istəyirdim. Amma klubların istəkləri daha üstün tutulurdu. Məsələn, “Qarabağ”ın oyunları o vaxt dərhal təxirə salınırdı. Bütün bunlar da komandanın fiziki hazırlığına təsirsiz ötüşmürdü. Siz məni tənqid edirsiz. Amma sizə belə cavab verərdim ki, mən də lazım olan anda sizdən dəstək görmədim.

- Bəlkə, “Qarabağ”a ona görə güzəşt olunur ki, onların beynəlxalq arenadakı uğurları daha çoxdu, nəinki yığmanın?
- “Qarabağ” nə nəticə göstərib ki?
- “Qarabağ” nə nəticə göstərib ki?
- İki il ardıcıl komanda Avropa Liqasının pley-off mərhələsinə kimi irəliləyib...
- Onlar kimləri məğlub ediblər? Ola bilər mərhələ adlayıblar. Amma rəqibləri kimlər olub? Bunu da nəzərə almaq lazımdı.
- Sizin üçün bilmirik, amma Azərbaycan üçün “Rosenborg”, “Wisla” güclü rəqiblərdi...
- Siz bizim də kimləri məğlub etdiyimizi, kimlərlər sülh bağladığımızı nəzərə alın.
- Deməli, PFL ikili standartdan istifadə edir?
- ... (Əlini yelləyir)
- Siz hər dəfə yığma üzvlərinin klublarda pis hazırlaşdığını deyirsiz. Amma “Xəzər Lənkəran”ın baş məşqçisi Mirça Rednik də əvvəlki toplanışların birinin ardından bildirmişdi ki, futbolçuları millidən artıq çəki ilə qayıdır...
- İnanmıram ki, o, belə bir şey deyə bilər. Bəlkə, Lənkəranda onları pis yedizdirirlər? Yığmada futbolçular idmançı üçün lazım olan rasionla qidalanır. Lənkəranlı həmkarım yaxşı inşandı, ona hörmətim var və bunu özü də gözəl bilir.
- Qeyd etdiniz ki, komanda son tsikldə daha çox xal yığa bilərdi. Deməli, komandamızın daha böyük perspektivinin olduğunu düşünürsüz?
- Bizim komandamız gəncdi. Oyunçular öz üzərlərində işləməyi öyrənməlidilər. Çətin olsa da, bunu həll etmək lazımdı. Mən mətbuatdan narazıyam, çünki futbolçuları çox tərifləyir. Siz ayda məsələn, 1000 manat qazanırsızsa, futbolçular 10 dəfə artığını qazanır. Mən sizdən soruşuram, bu futbolçular sizdən 10 dəfə artıq çalışırmı?

- Qarşıdakı Almaniya toplanışında əsas hədəfləriniz nə olacaq?
- İlk növbədə heç adlarını da yaxşı bilmədiyim futbolçuları yaxından tanımaq istəyirəm. Araz Abdullayevlə Rizvan Umarova şans vermək istəyirəm. “Union Berlin”lə qarşılaşma sadəcə məşq xarakteri daşıyacaq. Adi məşq yerinə, daha yaxşısı belə oyundu. Maddi baxımdan da bu, çox sərfəlidi. Axı bu görüş üçün bütün xərcləri Almaniya klubu ödəyəcək. Azərbaycan yığmasının 4 gün Almaniya paytaxtında qonaq qalması heç də pis olmayacaq.

- Sonda Vaqif Cavadovla bağlı fikirlərinizi bilmək istərdik...
- Mən özüm üçün artıq qərar vermişəm. Əgər futbolçu komandasını çətin vəziyyətdə qoyursa, onun yenidən milliyə çağırılması düzgün olmazdı.