12 noyabr 2011 11:56
Foqts: Qarabağ münaqişəsi ilə bağlı mən də Azərbaycana kömək edirəm
Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts Azərbaycan və Ermənistan arasındakı Qarabağ münaqişəsi ilə bağlı fikirlərini dilə gətirib. Azerisport.az xəbər verir ki, o, bunları dilə gətirib:
“Quzanlıya mən də bir dəfə getmişəm. Yolda münaqişə zonasına da baş çəkdik və ordakı insanları, sərhədçiləri gördüm. Bu məsələdə mən də öz təbliğatımla Azərbaycana kömək edirəm. Nə vaxt məndən Qarabağ barədə soruşurlarsa, həmişə deyirəm ki, Ermənistan Azərbaycanın ərazisinin bir hissəsini işğal edib. Bunu mənim Almaniyanın Azərbaycandakı səfirliyində çalışan yaxın dostlarım da təsdiqləyə bilər. Öz fikrimi bütün dünyada deyirəm”.