12 noyabr 2011 00:07
Bernard Lippert: Son nöqtəni qoymağı bacarmadıq
Almaniyanın Duysburq şəhərində keçirilmiş Azərbaycan U-21 – ABŞ U-20 yoldaşlıq oyunundan sonra yığmamızın baş məşqçisi Bernhard Lippert fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, o, qolsuz başa çatan görüşlə bağlı bunları dilə gətirib:
“Rəqibimizin gücünü nəzərə alsaq, 0:0 hesabı qənaətbəxş sayıla bilər. Oyunun ilk 15 dəqiqəsində istədiyimiz kimi oynaya bilmədik. Ancaq sonradan təşəbbüsü ələ almağı bacardıq. Qol vurmaq üçün bir neçə imkanımız oldu. Yaratdığımız fürsətlərdən istifadə edə bilmədik. Yaxşı hücumlar qursaq da, son nöqtəni qoymağıbacarmadıq”.