12 noyabr 2011 12:41
Kamran Ağayev: Mən Neftçiyə keçməyə hazırlaşmıram
“Xəzər Lənkəran”ın qapıçısı Kamran Ağayev bildirib ki, “Neftçi”yə keçməyə hazırlaşmır. Azerisport.az xəbər verir ki, o, son olaylara münasibət bildirərkən, aşağıdakıları dilə gətirib:
“Mənim “Neftçi”yə keçmək kimi planlarım yoxdu. Mən həmişə demişəm ki, legioner həyatı yaşamaq, ölkə xaricində oynamaq istəyirəm. Amma hər şeydən çox “Xəzər Lənkəran”la Azərbaycan çempionu olmaq istəyirəm. Əgər haqqımda çıxarılan qərar dəyişməsə, yarım ili futbolsuz keçirməli olacam”.