13 noyabr 2011 13:35
Admir Teli: Nə vaxtsa Azərbaycan da qələbə qazanmalıydı
Futbol üzrə Albaniya yığmasının və “Qarabağ”ın müdafiəçisi Admir Teli Tiranada keçirilən Azərbaycanla yoldaşlıq oyunundan (0:1) sonra azerisport.az saytının suallarını cavablandırıb.
- Azarkeşləriniz, albaniyalı jurnalistlər qələbə qazanacağınıza qətiyyən şübhə etmirdilər. Nə baş verdi ki?
- Gördüyünüz kimi, hər şey çox çətin alındı. Biz gözlədiyimiz qədər asan olmadı. Pis oynadıq. Matçın əvvəlində nə qədər gözlənilməz olsa da, Azərbaycan çox fəal oyun nümayiş etdirdi.
- Gördüyünüz kimi, hər şey çox çətin alındı. Biz gözlədiyimiz qədər asan olmadı. Pis oynadıq. Matçın əvvəlində nə qədər gözlənilməz olsa da, Azərbaycan çox fəal oyun nümayiş etdirdi.
- Siz rəqibin ilk dəqiqələrdən qapısına oturacağını düşünürdüz?
- Mən komandanızın bir neçə oyununa baxmışam. Adətən, onlar oyunlara çox ehtiyatlı başlayırlar. Amma bu dəfə ilk hissənin ortasındaca hesabı açdılar. Düzdü, bundan sonra biz daha çox fəal idik. Təəssüf ki, uğur bizim tərəfimizdə deyildi.
- Deməli, Azərbaycan yığması sizi təəccübləndirdi?
- Mən həmişə hesab etmişəm ki, Azərbaycan yığması yaxşı komandadı. Uşaqların nəyə qadir olduğunu da bilirəm. Amma açığını danışsaq, sizin bu gün çox bəxtiniz gətirdi. Biz öz qol imkanlarımızdan yararlanmalı idik.
- Azərbaycan yığması Albaniya ilə dörd oyunluq qələbəsiz seriyaya son qoydu. Bundan xəbərdar idiniz?
- Maraqlı oyun alındı. Nə vaxtsa siz də qələbə qazanmalıydız. Deməli, o vaxt gəlibmiş. Azərbaycan yığmasında dostlarımı bu qələbə münasibətilə təbrik edirəm. Hansı ki, onlara qarşı oynamaq çox xoş idi.

- Oyundan öncə qazonla tanış olarkən siz Ansi Aqolliylə birgə “Qarabağ”dan olan digər oyundaşlarınızla 15 dəqiqə nəyisə müzakirə edirdiz. Sanki, bir ay idi görüşmürdüz...
- (Gülür) Bir həftə də az deyil. Bəzi şeyləri müzakirə etdik. Həm də axı hər gün belə bir-birinə qarşı oynamaq imkanı qazanmırsan.