13 noyabr 2011 14:36
Vaqif Cavadovun klubu baş məşqçisini dəyişəsi olmadı
Futbol üzrə Azərbaycan yığmasından bir illiyə uzaqlaşdırılan Vaqif Cavadov çıxış etdiyi “Volqa”da böyük ehtimalla hazırkı baş məşqçisi Dmitri Çerışevin rəhbərliyi altında oynamağa davam edəcək. Azerisport.az xəbər verir ki, bu barədə Rusiya mətbuatına açıqlamasında Nijni Novqorod klubunun rəsmisi Dmitri Svatovski məlumat verib:
“Məşqçilər korpusu çempionatın sonuna kimi postunda qalacaq. Lakin qarşıya qoyulan vəzifənin öhdəsindən gəlinmək şərti ilə. Hədəf isə 9-12c-i pillələrdən birini tutmaqdı. Hətta “Volqa” 13-cü pilləni də tutsa, Çerışev komandanı çalışdırmağa davam edəcək. Bizim klubumuzu çox yaxşı gələcək gözləyir. Hazırda “Volqa”da heç bir maliyyə problemi də qalmayıb”.
Qeyd edək ki, həmyerlimizin komandası 30 turdan sonra 28 xalla 12-ci pillədə qərarlaşıb.
