13 noyabr 2011 16:12
Şahin Diniyev: Əsas odu ki, qələbə seriyası davam etdi
Futbol üzrə Azərbaycan yığmasının sabiq baş məşqçisi Şahin Diniyev millimizin Albaniya ilə yoldaşlıq matçını şərh edib. Azerisport.az saytına müsahibəsində o, 1:0 hesabıyla qələbə qazandığımız görüşlə bağlı bunları dilə gətirib:
“Təəssüf ki, mən oyuna baxa bilmədim. Etiraf edim ki, matçın televiziya vasitəsilə yayımlanacağını bilmirdim. İstənilən halda, Azərbaycan yığmasının Albaniya üzərindəki qələbəsi bizi sevindirməyə bilməz. Oyuna kimi bu görüşün heç nəyi həll etmədiyini düşünürdüm. Çünki seçmə mərhələ başa çatdığından, gənc futbolçuları sınamaq lazım idi. Qələbə isə azarkeşləri həmişə sevindirir. Əsas odu ki, qələbə seriyası davam etdi”.