13 noyabr 2011 11:22
Ufuk Budak: Bu, mənim karyeramda ən yaxşı ildi
Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Ufuk Budak Albaniya ilə yoldaşlıq oyunundan (1:0) sonda azerisport.az saytının suallarını cavablandırıb.
- Yığmanın oyunundan razı qaldınız?
- Pis başlamadıq. Topa daha çox nəzarət edirdik, tez-tez hücumlar təşkil edirdik. Qol vurandan sonra isə daha çox müdafiə haqda düşünməli olduq. Rəqib ev sahibi olduqda, bu, normaldı. Bütövlükdə, pis görünmədiyimizi hesab edirəm.

- Deməli, bu oyunda sizin üçün nəticə vacib idi?
- Baxımlı oyun son məqsəd olmasa da, qələbə qazanmaq və ili yaxşı əhval-ruhiyyədə başa vurmaq istəyirdik. Axı bu il bizim qələbələrimiz o qədər də çox olmamışdı. Albaniya ciddi rəqibdi. Onlar üzərində qələbə - özü də səfərdə - bu, Azərbaycan yığması üçün müsbət addımdı.

- Amma etiraf edin ki, bu oyunda yığmamızın bəxti də gətirdi...
- Əks mövqe tutmaq fikrim yoxdu. Bəzi epizodlarda fortuna məhz bizim tərəfimizdə idi. Amma biz o qədər də pis təsir bağışlamırdıq ki, nədəsə ittiham olunaq. Uşaqlar çox inamlı futbol sərgilədilər. Qələbəyə də layiq idik. Rəqibin də oyununu unutmamaq lazımdı.
- Bu ili sizin üçün uğurlu saymaq olar?
- Şübhəsiz. Hətta karyeramda ən yaxşı ildi. Azərbaycan yığmasına düşdüm. Son oyunlarda əsas heyətdə çıxış etməyim də, sərhədsiz sevinc bəxş edir.
- Hətta məğlub olduğumuz oyunlarda da siz komandamızın heyətində fərqlənənlər arasında olursuz...
- İstəməzdim ki, siz belə deyəsiz. Mən komanda oyunçusuyam. Əgər komanda məğlub olursa, deməli hamı günahkardı.
- Sizi komandada necə qarşıladılar? Axı sizi heç kim tanımırdı...
- Bu, normaldı. Kollektivə yeni qoşulanda o qədər də diqqət mərkəzində olmursan. Amma mən sakit adamam. Buna baxmayaraq, mənə münasibət yaxşıdı. Başqa cür olacağını da düşünmürdüm.