14 noyabr 2011 00:05
Almanlar yığmamızı 4 cavabsız qolla yendilər
Almaniyanın Duysburq şəhərində təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması daha bir yoldaşlıq oyunu keçirib. Azerisport.az xəbər verir ki, yığmamız, əvvəlcədən xəbər verildiyi kimi, “Köln” klubunun U-23 komandası ilə deyil, klubun əsas heyəti ilə qarşılaşıb.
Oyun 4:0 hesabı ilə Almaniya təmsilçisinin xeyrinə başa çatıb. Xatırladaq ki, futbolçularımız bundan öncə də ABŞ-ın U-20 yığması ilə sülhə razılaşmışdılar – 0:0.
