14 noyabr 2011 00:07
Millimizin baş məşqçisi: Oyunumuzdan razı qalmadım
21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması ilə Almaniyanın «Köln» klubu arasında keçirilmiş yoldaşlıq oyunundan sonra yığmamızın baş məşqçisi Bernhard Lippert matçla bağlı fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, o, bunları dilə gətirib:
“Peşəkar komandaya qarşı mübarizə apardıq. Birinci hissədə ən yaxşı oyunlarımızdan birini nümayiş etdirdik. Təəssüf ki, son dəqiqələrdə qol buraxdıq. Fasilədən sonra mövqe səhvlərinə yol verdik. 90 dəqiqə eyni səviyyədə, oyundan diqqəti yayındırmadan oynamaq çətindi. İkinci hissədə konsentrasiyanı itirdik. Bir sözlə, fasilədən sonra oyunumuzdan razı qalmadım”.
