13 noyabr 2011 00:02
Millimiz Almaniyaya belə uduzdu (FOTOREPORTAJ)
Xəbər verdiyimiz kimi, AFFA Futbol Mərkəzindəki “Dalğa Arena”da 17 yaşadək futbolçulardan ibarət Azərbaycan və Almaniya yığma komandaları arasında yoldaşlıq oyunu keçirilib. Azerisport.az xəbər verir ki, qarşılaşma 3:1 hesabı ilə almaniyalı futbolçuların xeyrinə başa çatıb. Yığmamızın heyətində Namiq Ələsgərov fərqlənib. Bu komandalar arasında növbəti yoldaşlıq oyunu noyabrın 15-də, saat 16:00-da, “Dalğa Arena”da keçiriləcək.
