13 noyabr 2011 00:05
Bakı 5 cavabsız qolla qələbə qazandı
“Bakı” yoldaşlıq oyunu keçirib. Azerisport.az xəbər verir ki, “zolaqlılar”ın rəqibi komandanın əvəzediciləri olub.
Klubun təlim-məşq bazasının təbii meydanında baş tutan oyun əsas komandanın 5:0 hesablı qələbəsi ilə nəticələnib. Aleksandar Soliçin dublu, Emin Cəfərquliyev, Jaba və Aleksey Savinovun qolları "Bakı"ya böyükhesablı qələbə qazandırıb.
