13 noyabr 2011 00:08
Amit Quluzadə oynamadı, Erciyesspor ilk yenilgisinə üzüldü
Türkiyə Bank Asya birinci liqasında 10-cu turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, millimizin yarımmüdafiəçisi Amit Quluzadənin çıxış etdiyi “Erciyesspor” klubu doğma meydanda “Akhisar Belediyespor”la qarşılaşıb.
Bu tura kimi vahid lider olan Kayseri təmsilçisi yeni mövsümdə ilk dəfə məğlubiyyətlə üzləşib. Belə ki, komanda doğma meydanda 2:3 hesablı yenilgiyə üzülüb.
Qeyd edək ki, bütün qarşılaşmalarda meydana çıxmış Amit bu oyunda iştirak etməyib. Buna səbəb onun U-21-in heyətində Almaniyada təlim-məşq toplanışında olmasıdı. Məhz onun iştirak etmədiyi yeganə qarşılaşmada “Erciyesspor” ilk məğlubiyyətindən qaça bilməyib.
“Erciyesspor”un hazırda 19 xalla 2-ci pillədə qərarlaşdığını da qeyd edək. Kayserililər yalnız “Elazığspor”dan 1 xal geri qalırlar.
Türkiyə Bank Asya birinci liqası
10-cu tur
12 noyabr
Erciyesspor - Akhisar Belediyespor – 2:3
Qollar: Gökhan Kaba, 29, Serkan Atak, 84 - Sertan Vardar, 16; 45; 67.
