13 noyabr 2011 12:08
Bakının hücumçusu yığmada 90 dəqiqə oynadı
“Bakı”nın hücumçusu Uinston Parks futbol üzrə Kosta-Rika yığmasının heyətində növbəti matçını keçirib. Azerisport.az xəbər verir ki, “zolaqlılar”ın forvardı Panama ilə sınaq matçının iştirakçısı olub.
Yığmanın baş məşqçisi ona ilk dəqiqələrdən oynamaq şansı verib. Parks 90 dəqiqə meydanda olub.
Lakin qarşılaşma Panamanın qələbəsiylə bitib – 0:2.
