13 noyabr 2011 12:51
“Foqts özü də dedi ki, burda başqa səbəb axtarmaq lazım deyil”
Futbol üzrə Azərbaycan millisinin və AZAL-ın hücumçusu Elşən Məmmədov Albaniya ilə yoldaşlıq oyunundan sonra Almaniyaya aparılmayıb, Bakıya göndərilməsinə münasibətini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Albaniya ilə yoldaşlıq oyunumuz çətin alındı. Rəqib bizə oynamaq imkanı vermədi. Bu, xüsusilə ikinci hissədə aşkar görünürdü. Amma biz sona kimi dözə bildik və düşünürəm ki, layiqli qələbə qazandıq. Yığmadan vaxtından əvvəl ayrılmağıma gəlincə, Berti Foqts özü də dedi ki, bunda başqa səbəb axtarmaq lazım deyil. O, yeni və gənc futbolçuları sınamaq istəyirdi. Buna görə də bizi Berlin toplanışına aparmadı”.