14 noyabr 2011 01:16
Qurban Qurbanov: Özümü gənc saymıram
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov azerisport.az saytının suallarını cavablandırıb.
- Yaxın günlərdə AFFA prezidenti Rövnəq Abdullayev sizin yığmanın baş məşqçi postu üçün hələ gənc olduğunuzu söyləyib. Bu haqda nə deyə bilərsiniz?
- Onun fikrinə hörmət edirəm. Nə vaxtsa o, “Neftçi”də işləyə bilməyim üçün bütün şəraiti yaratmışdı. Bu haqda unutmuram. Rövnəq Abdullayev Azərbaycan futbolunun inkişafı haqda düşünür. Ancaq açığı artıq 40 yaşım var və özümü elə də gənc saymıram.
- Azərbaycan yığmasında işləmək istərdiniz?
- Bu hər oyunçu və ya məşqçiyə qismət olmayan böyük şərəfdir. Belə məsələlər bütün tərəflərin – həm məşqçi, həm də assosiasiyaların razılığı ilə həll edilməlidir.
- “Qarabağ”ın “Sumqayıt Şəhər”ə məğlubiyyətindən bir neçə gün keçib. Bunun səbəbi nə idi?
- Rəqibin yaxşı oyununu qeyd etmək istərdim. “Sumqayıt Şəhər” bizdən yaxşı oynadı. Rəqibin gənc oyunçuları tam gücləri ilə oyuna kökləndilər və bu, onlara qələbə qazanmağa kömək etdi. Etiraf edim ki, “Qarabağ” bizim hamımızın istədiyi oyunu göstərmədi. Qapıya qol vurmaq üçün çoxsaylı vəziyyələr əldə etsək də, bunları reallaşdıra bilmədik. Bir çox oyunçular sonradan təkrarda da gördüyümüz kobud səhvlər buraxdılar.
- Sizcə Quzanlıdakı bu məğlubiyyət turnir cədvəlindəki mövqeyinizə çox təsir göstərəcək?
- Rəqibin oyununu yüksək qiymətləndirməyə dəyər. “Sumqayıt Şəhər” ilk dövrədəki oyundan sonra çox dəyişib. Komanda yeni səviyyəyə qalxıb. Onlar bununla dayanmayacaqlar və uğurlu çıxışlarını davam etdirəcəklər. Azərbaycan çempionatının oyunlarında gözlənilməz nəticələr az deyil. Premyer-liqamız maraqlı olub. Ona görə də belə sürprizlər hələ çox olacaq. Quzanlıda oynayarkən məğlub olmamalıydıq. İndi öz səhvlərimiz üzərində düşünməliyik. Hələki bütün heyətlə məşq edə bilmirik. Beləki, yeddi futbolçumuz öz milli komandasının sərəncamındadır.
- Hələlik “Qarabağ” 4-cü pillədə qərarlaşıb. Birinciliyin medallarına şanslarınızın olduğunu deyə bilərik?
- İndi hesab edirəm ki, çempionatın yekunları haqda danışmaq düzgün olardı. Çempionat hələ indi qızışır. Hamı bilir ki, “Qarabağ” həmişə qarşısına böyük məqsədlər qoyub. Beləliklə, biz uğurlarımızı davam etdirmək istəyirik.
- “Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl bildirib ki, transfer zərurəti olarsa, klub yeni oyunçularla müqaviləyə hazırdı...
- İstənilən komanda transfer pəncərəsi dönəmində güclənmək istəyir. Hesab edirəm ki, yeni oyunçular həmişə komandaya kömək edir. Onlarla bərabər özünəməxsus yenilik, atmosfer gəlir. Bir-iki yeni oyunçu ilə müqavilə bağlamaq olardı. Amma hələ qış fasiləsinə var. İndi komandaya kimin gərək olduğunu və ya kimin lazım olmadığını demək çətindir. Qışda bütün detalları müzakirə edib qərar qəbul edəcəyik və hansı mövqenin gücləndirilməsinin gərək olduğuna baxacağıq.
- Bunlardan başqa yaxınlarda siz klubla müqavilənizi yeniləmisiniz. Yeni razılıqla bağlı fikrinizi bilmək maraqlı olardı...
- Bir çox işlərdə sənədlər əsas deyil. Biz tez-tez klub rəhbərliyi ilə görüşürük. Onların məni görüş dairəsində saxlamağı sevindirir. Onlar klubun problemləri və uğurları ilə maraqlanır. Sənəd özlüyndə hətta vaxib olmaya bilər. Ancaq müqavilə assosiasiya üçün vacibdir. Mən “Qarabağ”da böyük sevinclə qalıram. Gələcəkdə bazamızı, stadionumuzu və digərlərini görmək istərdim.
- Həm də yaxınlarda məlum oldu ki, siz İspaniyaya - “Barcelona”ya təcrübəyə yollancaqsınız...
- Səfərin vaxtı dəqiq məlum deyil. Dekabrda və ya yanvarda mümkündü. Çox güman ki, gələn il, bir həftəlik. Səfər təqvimi hazırda dəqiqləşdirilir.
