14 noyabr 2011 01:07
Arif Əsədov: Yığmamız Albaniya üzərində qələbəyə layiq idi
“Neftçi”nin sabiq baş məşqçisi Arif Əsədov Azərbaycan yığmasının Albaniya ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, o, komandamızın səfərdə qazandığı 1:0 hesablı qələbə ilə bağlı bunları dilə gətirib:
“Yığmamız birinci hissədə yaxşı oynadı. Amma ondan sonra üstünlüyü əldən verdi. Qoldan sonra biz sanki arxayınlaşdıq. İkinci hissədə Albaniya daha yaxşı oynadı. Bu, yaradılan qol epizodlarında da aşkarca görünürdü. Amma qələbə də qələbədi. Biz ona layiq idik”.