14 noyabr 2011 01:27
Yunis Hüseynov: Əsas uğur rəsmi oyunlardakı nəticələrdi
“Karvan”ın sabiq baş məşqçisi Yunis Hüseynov Azərbaycan yığmasının Albaniya ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, o, komandamızın səfərdə qazandığı 1:0 hesablı qələbə ilə bağlı bunları dilə gətirib:
“Yığmamız albanlarla oyuna daha yaxşı başlamışdı. Amma sonda çox pis təsir bağışladı. Biz ancaq ilk 20-25 dəqiqədə yaxşı oynadıq. Yəni ilk qola qədər. Ondan sonra isə yığma müdafiəyə oturdu. Amma meydan sahiblərinin yaxşı oyununu da xüsusi qeyd etmək lazımdı. Onlar xüsusilə fasilədən sonra çox yaxşı futbol sərgilədilər. Əlbəttə, qələbə qazandıq. Amma bunu uğur saymaq olmaz. Şəxsən mən hesab edirəm ki, əsas uğur rəsmi oyunlardakı nəticələrdi”.
