14 noyabr 2011 01:40
İnterdən altı cavabsız qolla qələbə
Futbol üzrə Azərbaycan Premyer Liqada yaranmış fasilədən istifadə edən Bakının "İnter" klubu yoldaşlıq görüşü keçirib. Azerisport.az xəbər verir ki, "bankirlər" "Şəfa" stadionunda MOİK-lə qarşılaşıb.
Kaxaber Tsxadadzenin komandası rəqibini 6 cavabsız qolla məğlub edib. "İnter"in qollarına Enyo Krastovçev (2), Elnur Abdulov (3) və Ramil Mansurov imza atıblar.
