14 noyabr 2011 13:57
Ağsuda seleksiya günü (FOTOREPORTAJ)
AFFA-nın təşkilatçılığı ilə Ağsu şəhər stadionunda 8 yaşdan 16 yaşadək uşaqlar üçün seleksiya günü keçirilib. Azerisport.az xəbər verir ki, seleksiya prosesində Ağsu rayonunu, həmçinin ətraf bölgələri təmsil edən müvafiq yaş qrupuna daxil olan uşaqlar iştirak edib. Seçimlərdə fərqlənən uşaqlar AFFA tərəfindən idman geyimləri ilə təmin olunacaq və onlara mütəmadi məşqlərin keçirilməsi üçün lazımi avadanlıqlar veriləcək.
