14 noyabr 2011 16:00
Bakıya gələcək üç xoşbəxtin adı məlumdu
Noyabrın 3-dən 13-dək Asiya Futbol Federasiyası tərəfindən U-16 qadınlararası Asiya çempionatı keçirilib. Azerisport.az xəbər verir ki, çempionatın final mərhələsində 6 ölkə FIFA U-17 qadınlararası dünya çempionatı üçün 3 vəsiqə uğrunda mübarizə aparıblar.
Çində təşkil olunmuş oyunların nəticəsinə uyğun olaraq, Yaponiya, Şimali Koreya və Çin yığmaları FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-yə vəsiqə qazanıblar.
Xatırladaq ki, 2012-ci il sentyabrın 22-dən oktyabrın 13-dək Azərbaycanda keçiriləcək FIFA U-17 qadınlararası dünya çempionatında ev sahibi kimi çıxış edəcək Azərbaycan yığması ilə yanaşı, daha 15 komanda mübarizə aparacaq.
