14 noyabr 2011 16:37
Beşiktaş Quti ilə rəsmən yollarını ayırdı
Türkiyənin “Beşiktaş” klubu ispaniyalı futbolçusu Quti Ernandeslə yollarını ayırıb. Azerisport.az xəbər verir, ispaniyalı ulduzun 2012-ci ilin sonunadək qüvvədə olan anlaşması qarşılıqlı razılıq əsasında pozulub.
35 yaşlı hücumçuya illik əmək haqqının yarısı – 1 milyon 350 min avro ödənilib. Qeyd edək ki, Quti Ernandes “Beşiktaş”a 2010-cu il iyulun 26-da gəlib. O, “qara qartallar”ın heyətində 30 oyunda 11 qol vurub.
