14 noyabr 2011 17:08
Rəşad Abdullayev: Gərək, bunlar nəzərə alınaydı
"Neftçi"nn futbolçusu Rəşad Abdullayev AFFA-nın Apellyasiya və Ekspert komitəsinin qərarına münasibət bildirib. Azerisport.az xəbər verir ki, yarımmüdafiəçi klubun rəsmi saytına açıqlamasında qərarın ağır olduğunu vurğulayıb:
"Məncə qərar bir qədər ağır oldu. Biz daha əvvəl də belə hallara rast gəlmişik. Bir neçə dəfə olub ki, futbolçuların cəzası sonradan Apellyasiya və Ekspert komitəsində yüngülləşdirilib. Ümid edirdim ki, mənə də güzəşt olunacaq. Ən azı yığmaya namizəd futbolçuyam. Üstəlik hamı da gördü ki, rəqib futbolçu ilə həmin epizoddan dərhal sonra qucaqlaşıb, bir-birimizin əlini sıxdıq. Qalan dəqiqələrdə də Şəhriyar Xəlilovla aramızda heç bir insident olmadı. Bundan başqa, klubum tərəfimdən də cəzalandırılmışam və həmin cəza ilə razıyam. Gərək, bunlar nəzərə alınaydı. Apellyasiya ve Ekspert Komitəsinə yenidən müraciət edəcəm. Ümid edirəm, bu dəfə cəzam yüngülləşər. Onu da demək istəyirəm ki, futbolçu karyeramda ilk dəfədi belə halla rastlaşıram".
