14 noyabr 2011 18:35
Stamenkoviç: AFFA Azərbaycan millisində oynamağımda maraqlıdı
“Neftçi”nin qapıçısı Saşa Stamenkoviç Azərbaycan yığmasında çıxış etmək istəyir. Azerisport.az xəbər verir ki, serbiyalı qapıçı bu barədə ölkəsindən olan jurnalistlərə açıqlamasında bildirib:
“Bu, doğrudu. Həqiqətən də AFFA mənim Azərbaycan yığmasının şərəfini qorumağımda maraqlıdı. Amma indidən bu haqda nəsə demək çox tezdi. Əgər rəsmi təklif olsa, mən bu haqda düşünəcəm. Mən yaxşı başa düşürəm ki, “Crvena Zvezda”nı tərk edib, Azərbaycan çempionatına keçdikdən sonra Serbiya millisinə yollarım bağlanıb. Əlbəttə, hər şey mümkündü. Amma istənilən halda daha Serbiya yığmasından dəvət alacağımı gözləmirəm. Odu ki, mən Azərbaycan yığmasından gələn təklifə baxmağa hazıram”.