14 noyabr 2011 11:18
Hiddink: Azərbaycanı Bakıda da yenə bilərdik
Futbol üzrə Türkiyə yığmasının baş məşqçisi Quus Hiddink Azərbaycan millisi ilə Bakıdakı oyunu xatırlayıb. Azerisport.az xəbər verir ki, o, verdiyi geniş müsahibədə hər şeyə toxunub ki, bunlardan da biri millimizə uduzduqları 0:1 hesablı oyun olub:
“Almaniyaya məğlubiyyəti normal qəbul edə bilərsiniz. Ancaq Azərbaycan matçında çıxardığım heyətdə təcrübəli futbolçular yer alırdı. 1:0 qələbə də qazana bilərdik. Amma biz orda özümüzü itirdik. Ondan sonra komandada islahatları sürətləndirməyə qərar verdik”.
Bu günlərdə AÇ-yə çıxmaq üçün pley-off oyununda 0:3 hesablı ev məğlubiyyətinə uduzan “ay-ulduzlular”ın hollandiyalı çalışdırıcısı iddiasının qaldığını da bildirib: “Çətin qarşılaşma olacaq. Bunu bilirik. Finallara getmək şansımız hələ də var. Dörd oyunçumuz yoxdu. Onların yerinə oynayanların əllərindən gələni edəcəyini bilirəm. Mən daim Türkiyəyə dönəcəyəm”.
