14 noyabr 2011 00:03

Sumqayıtda 15 min yerlik yeni stadion inşa olunacaq

“İstərdim ki, hər bir rayonda futbol komandası yaradılsın. Çünki komandaların sayının çox olması gənc futbolçuların oynamaq imkanını artıracaq”. Azerisport.az xəbər verir ki, bu sözləri AFFA-nın prezidenti Rövnəq Abdullayev jurnalistlərə açıqlamasında deyib.
 
O, vurğulayıb ki, əvəzedicilər, eləcə də aşağıyaşlı futbolçulardan ibarət kollektivlər arasında ölkə çempionatının keçirilməsindən sonra gənc futbolçuların komandalara cəlb edilməsində xeyli irəlilyəyiş var:
 
“Bu sahədə çalışırıq. Ancaq bizim də imkanlarımız məhduddu. AFFA-nın klub yaratmağa və onu maliyyələşdirməyə ixtiyarı yoxdu. Ancaq klublarımıza hərtərəfli köməyi əsirgəmirik. Hər bir regionda bu istiqamətdə işlər görülür, yarışlar keçirilir, yeni stadionlar, meydançalar tikilir. Bu yaxınlarda Ağsuda yeni stadionun açılışı oldu. Çalışırıq ki, orada da klub yaradılsın. Digər bölgələrdə də işlər görülür. Prezident İlham Əliyevin göstərişi ilə Sumqayıtdakı Mehdi Hüseynzadə adına stadionun yenidənqurulması ilə bağlı layihə hazırlanıb. Gələn ilin əvvəlindən Sumqayıtda 15 minlik yeni stadionunun inşasına başlanacaq. Bu, Sumqayıtda futbolun inkişafına böyük təkan verəcək. Eyni zamanda, Gəncə şəhər stadionunun yenidən qurulması məqsədilə layihə hazırlanır. Layihə tez bir zamanda hazır olacaq və gələn il orada da yenidənqurma işləri aparılacaq. Bundan başqa, Bakıda, 8-ci kilometr qəsəbəsində AFFA tərəfindən inşa edilən 15 minlik stadionun tikintisi tez bir zamanda yekunlaşacaq. Stadion 2012-ci ildə keçiriləcək U-17 qadınlararası dünya çempionatına qədər hazır olmalıdı. 20-ci dairə adlanan ərazidəki stadionda da yenidənqurma işlər görülür. Gələn ilin ortalarınadək 5 minlik stadion futbolçuların ixtiyarına veriləcək”. (Azertac)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.