14 noyabr 2011 12:08
Qarabağ da yoxlama oyunu keçirəcək
“Qarabağ” hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, millilərə göndərdiyi 9 futbolçunun xidmətlərindən məhrum olan komanda həftəsonu qarşılaşacağı “İnter”lə oyunun hazırlıqlarını gündəlik bir məşqlə keçir.
Yaranmış fasilədə boşluğu aradan qaldırmaq üçün bu gün komanda yoxlama oyunu keçirəcək. Rəqib isə əvəzedicilər olacaq. Bu gün “Şəfa” stadionunda baş tutacaq oyun 15:00-da keçiriləcək.
