14 noyabr 2011 12:41
Turanın prezidenti: Onlara görə çempionatdan imtina edə bilmərik
“Turan”ın prezidenti Musa Süleymanov bildirib ki, komanda bundan sonra əvəzedici heyətin oyunçularının da xidmətinən yararlanacaq. O, Azerisport.az saytına müsahibəsində bunları dilə gətirib:
“Mən baş məşqçi Əsgər Abdullayevlə danışmışam. Daha futbolçularımız “Turan”da oynamaq istəmirlər. Ama biz onlara görə çempionatdan imtina edə bilmərik. “Turan” çıxışını davam etdirəcək. Komandaya əvəzedici heyətdən futbolçular dəvət edəcəyik. Gənc futbolçuların çıxışına ümid bəsləyəcəyik”.

Qeyd edək ki, uzun müddətdi maliyyə problemləri ilə üzləşən Tovuz klubunda belə problemlər artıq ənənə halını alıb. Lakin bu dəfə komandanın futbolçularının getməkdə qərarlı olduqları bildirilir.