15 noyabr 2011 13:34
Azərbaycan İsveç, Avstriya və Xorvatiyaya rəqib oldu
Bu gün - noyabrın 15-də İsveçrənin Nyon şəhərində 17 yaşadək qızlardan ibarət komandalar arasında 2013-cü il ildə təşkil olunacaq Avropa çempionatının seçmə mərhələsinin püşkatma mərasimi keçirilib. Azerisport.az xəbər verir ki, püşkatma nəticəsində Azərbaycan millisi də rəqiblərini tanıyıb.
Belə ki, yığmamız İsveç, Avstriya və Xorvatiya ilə eyni qrupa düşüb. Hələlik qrupumuzun oyunlarına hansı ölkənin sahiblik edəcəyinə qərar verilməyib.
Qeyd edək ki, püşkatma öncəsində yığmalar aşağıdakı səbətlərə bölünmüşdülər:
A səbəti: Almaniya, İspaniya, Fransa, Hollandiya, Norveç, İrlandiya, İsveç, Çexiya, İsveçrə, Danimarka, İngiltərə.
B səbəti: Belçika, İtaliya, İslandiya, Şotlandiya, Polşa, Finlandiya, Uels, Rusiya, Macarıstan, Ukrayna, Avstriya.
C səbəti: Serbiya, Sloveniya, Türkiyə, Rumıniya, Belarus, Litva, Makedoniya, Xorvatiya, Yunanıstan, Estoniya, Qazaxıstan, Farer adaları, Latviya, Şimali İrlandiya, İsrail, Azərbaycan, Moldova, Bolqarıstan, Gürcüstan, Bosniya və Herseqovina, Monteneqro, Slovakiya.
Püşkatma nəticəsində isə aşağıdakı komandalar aşağıdakı qruplara bölünüblər:
1-ci qrup: İsveçrə, Belçika, Bolqarıstan, Moldova
1-ci qrup: İsveçrə, Belçika, Bolqarıstan, Moldova
2-ci qrup: İngiltərə, İtaliya, Şimali İrlandiya, İsrail
3-cü qrup: Fransa, Macarıstan, Bosniya və Herseqovina, Litva
4-cü qrup: Çexiya, İslandiya, Estoniya, Sloveniya
5-ci qrup: Danimarka, Şotlandiya, Makedoniya, Serbiya
6-cı qrup: İsveç, Avstriya, Xorvatiya, Azərbaycan
7-ci qrup: Almaniya, Rusiya, Yunanıstan, Rumıniya
8-ci qrup: Hollandiya, Ukrayna, Monteneqro, Qazaxıstan
9-cu qrup: İrlandiya, Finlandiya, Belarus, Gürcüstan
10-cu qrup: Norveç, Uels, Latviya, Türkiyə
11-ci qrup: İspaniya, Polşa, Farer adaları, Slovakiya.
