15 noyabr 2011 17:38
Millimiz Almaniyaya dörd cavabsız qolla məğlub oldu (YENİLƏNİB)
Bu gün 17 yaşadək futbolçulardan ibarət Azərbaycan və Almaniya yığma komandaları arasında yoldaşlıq oyunu keçirilib. Azerisport.az xəbər verir ki, qarşılaşma AFFA Futbol Mərkəzindəki “Dalğa Arena”da baş tutub.
Qarşılaşma qonaqların 4 cavabsız qolla qələbəsəyilə bitib. Qeyd edək ki, bu komandalar bir neçə gün öncə daha bir oyun keçirmişdilər. Yığmamız həmin görüşdə 1:3 hesabıyla məğlub olmuşdu.
Yoldaşlıq oyunu
15 noyabr
Azərbaycan – Almaniya - 0:4 (0:3)
Bakı. Dalğa Arena.
