15 noyabr 2011 14:22
Azərbaycan millisi üçün Maltada 4 yoldaşlıq oyunu
Noyabrın 17-dən dekabrın 5-nə qədər Maltanın Valetta şəhərində 17 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı təşkil olunacaq. Azerisport.az xəbər verir ki, toplanış çərçivəsində yığmamız 4 yoldaşlıq oyunu keçirəcək.
Artıq sınaqçı rəqiblərin kimliyi də məlumdu. Belə ki, millimiz “Hamrun Spartans” və “Hibernians” klublarının U-17 komandalarıyla, eləcə də Maltanı 17 yaşlılardan ibarət yığmasıyla 2 yoldaşlıq görüşü keçirəcək.
23 noyabr
Hamrun Spartans U-17 – Azərbaycan U-17
25 noyabr
Malta U-17 – Azərbaycan U-17
29 noyabr
Hibernians U-17 – Azərbaycan U-17
2 dekabr
Malta U-17 – Azərbaycan U-17
