15 noyabr 2011 14:48

Sumqayıt Şəhər növbəti oyuna itkilərlə çıxacaq

Futbol üzrə Azərbaycan Premyer Liqasının ötən turunda səfərdə “Qarabağ” üzərində qələbə qazanan “Sumqayıt Şəhər” növbəti oyunun hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, komandanın növbəti oyuna hazırlığı ilə bağlı klubun mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov məlumat verib:
 
“Hazırda Andrey Popoviç və Bədavi Hüseynov Azərbaycan milli komandasının, Emil Balayev, Ruslan Tağızadə, Emin Mustafayev, Hacı Əhmədov Azərbaycanın U-21, Orxan Əliyev, Ruslan Nəsirli və Şamil Camaləddinov isə Azərbaycanın U-17 yığmasının düşərgəsinə cəlb olunublar. Bir çox futbolçunun komandanın düşərgəsində olmamasına rəğmən, hazırlıqlar davam etdirilir. “Sumqayıt Şəhər” noyabrın 12-də Masazır qəsəbəsində yerləşən “Əlincə” stadionunda əvəzedici heyətlə yoldaşlıq görüşü keçirib. Oyun 2:1 hesabı ilə Bernhard Raabın yetirmələrinin xeyrinə başa çatıb. Əsas komandanın heyətində Orxan Həsənov və Kamil Nurəhmədov, əvəzedicilərdən isə Aydın Qasımov fərqləniblər. Sabahdan etibarən U-17 və U-21 yığmamızın düşərgəsində olan futbolçular komandaya qayıdacaqlar. Bundan sonra “Simurq”la oyuna hazırlıqları davam etdirəcəyik. Zaqatalada qələbə qazanıb son pillədən çıxmağa çalışacağıq. Komandanın heyətində Abdulla Abatsiyev, Ramil Nuriyev, Rəşad Kərimov, Samir Abdulov, Ruslan Qurbanov və Sahil Kərimov zədəli olduğundan “Simurq”la oyunda meydana çıxa bilməyəcəklər. Bununla belə zədəsini sağaltmış Eşqin Quliyev və Orxan Həsənov artıq məşqlərə başlayıblar”. (PFL)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.