15 noyabr 2011 15:08
Azərbaycan Rusiya, Sloveniya və İsveçə qarşı
Bu gün - noyabrın 15-də İsveçrənin Nyon şəhərində 19 yaşadək qızlardan ibarət komandalar arasında 2013-cü il ildə təşkil olunacaq Avropa çempionatının seçmə mərhələsinin püşkatma mərasimi keçirilib. Azerisport.az xəbər verir ki, püşkatmada Azərbaycan millisinin də rəqibləri müəyyənləşib.
Belə ki, Azərbaycan İsveç, Rusiya və Sloveniyaya rəqib olub. Qrupumuzun oyunlarına hansı ölkənin ev sahibliyi edəcəyi bir müddət sonra müəyyənləşəcək.
Qeyd edək ki, püşkatmadan öncə iştirakçılar aşağıdakı səbətlərə bölünmüşdülər:
A səbəti: Norveç, İsveçrə, İtaliya, İspaniya, Hollandiya, İsveç, Belçika, Rusiya, Avstriya, İslandiya, Danimarka, İrlandiya, Şotlandiya, Polşa, Çexiya, Finlandiya, Macarıstan, Ukrayna, Portuqaliya, Serbiya.
B səbəti: Xorvatiya, Rumıniya, Türkiyə, Azərbaycan,Bosniya və Herseqovina, Slovakiya, İsrail, Sloveniya, Litva, Makedoniya, Bolqarıstan, Belarus, Yunanıstan, Şimali İrlandiya, Moldova, Qazaxıstan, Kipr, Latviya, Estoniya, Farer adaları.
Püşkatma nəticəsində komandalar aşağıdakı qruplara düşüblər:
1-ci qrup: İrlandiya, Serbiya, Kipr, Latviya
1-ci qrup: İrlandiya, Serbiya, Kipr, Latviya
2-ci qrup: Avstriya, İtaliya, Yunanıstan, Qazaxıstan
3-cü qrup: Ukrayna, Belçika, Farer adaları, Xorvatiya
4-cü qrup: Macarıstan, Polşa, Litva, Şimali İrlandiya
5-ci qrup: Norveç, Şotlandiya, Türkiyə, Belarus
6-cı qrup: Danimarka, İslandiya, Moldova, Slovakiya
7-ci qrup: İspaniya, Finlandiya, Estoniya, Bolqarıstan
8-ci qrup: Çexiya, Portuqaliya, Bosniya və Herseqovina, Makedoniya
9-cu qrup: İsveç, Rusiya, Sloveniya, Azərbaycan
10-cu qrup: Hollandiya, İsveçrə, Rumıniya, İsrail
