15 noyabr 2011 15:44

Maksim Medvedev: Bu mənada Foqtsla qətiyyən razılaşa bilmərəm

Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Maksim Medvedev azerisport.az saytının suallarını cavablandırıb.
 
- Azərbaycan millisi 2011-ci ili başa vurmuş oldu. İzləyici kimi də olsa, Albaniya ilə qarşılaşmanı necə qiymətləndirirsiz?
- Hələ oyuna kimi də demişdim ki, bunlar fərqli komandalardı. Oyuna gəlincə, xoşuma gələn anlar oldu. Xüsusilə də oyunu yaxşı alınan Rəşad Sadiqovun qol ötürməsi verməsi. O, “Qarabağ”dakı oyununu yığmada da sərgiləyə bildi. Bütövlükdə, həm müsbət, həm də mənfi cəhətlər vardı. Amma düşünürəm ki, bu heyət uzun müddət birgə çalışdıqca, səhvlər daha da azalacaq. Fikrimcə, yaxşı oyun göstərdik və layiqli qələbə qazandıq.
 
- Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts bildirib ki, dekabrda daha bir toplanış keçirəcək və sizi də o hazırlıq prosesinə çağıracaq. Son toplanışdan kənarda qalmağınız sizə necə təsir etdi?
- Bu haqda eşitmişəm. Bilirsiz, yığmada oynamaq hər bir futbolçu üçün böyük şərəfdi. Son dövrlər nədənsə, əsas heyətdən kənarda qalıram. Bir neçə oyunda əsas heyətdə çıxış etdikdən sonra heç bir ciddi səbəb olmadan kənarda qalmaq təbii ki, futbolçu üçün ciddi zərbədi. Amma mən güclü insanam və hər şeyə müsbət yanaşıram. Futbol bununla qurtarmır. Hər halda klubda məşq etməyə, oynamağa davam edirəm. İnanıram ki, məni yenə yığmaya dəvət edəcəklər.
 
- Sizcə, niyə heyətə salınmırsız?
- Bilirsiz, avrokuboklar vaxtı hamı mənim necə oynadığımı gördü. Amma Berti Foqts bildirdi ki, mən yaxşı oynamıram. Halbuki, o dövrdə yığmaya dəvət alan futbolçular arasında az-çox hazır olanı elə mən idim. Sonra isə mənə dəvət göndərmədi. Bildirdi ki, formada deyiləm. Halbuki, mən “Qarabağ”ın oyunlarında iştirak edirdim.
 
- Yeri gəlmişkən, Foqts bildirib ki, “Qarabağ” avrokuboklarda heç bir ciddi uğur qazanmayıb...
- Mən bununla qətiyyən razılaşa bilmərəm. “Rosenborg”u, “Visla”nı keçmək hamıya asan görünməsin. Hansı ki, onlar karyeramdakı ən çətin oyunlardan olub. Komandamız büyün mövsümü ancaq Azərbaycan klubları ilə oynayır. Buna görə də beynəlxalq arenada kiminləsə qarşılaşanda, bizə çox çətin olur. “Visla”, “Rosenborg”, “Brugge” kimi klubların nə qədər varlı, böyük tarixə malik olduğunu hamı bilir. Onlar üzərində qazanılan uğuru heç nə saymaq bu qədər əziyyətimizi yerə vurmaq deməkdi.
 
- “Union Berlin”lə oyuna gənclərin çağırılmasını müsbət addım sayırsız?
- Foqtsun milliyə gəncləri dəvət etməsi təbii ki, çox yaxşıdı. Amma onları çağırmaq əsas deyil, onlara şans verməkdi. Almaniya klubu ilə oyun albanlarla görüşdən də çətin olacaq. Çünki onların formalaşmış heyəti var. “Union Berlin” ikinci Bundesliqa klubu olsa da, oyun təcrübəsi, anlaşma baxımından problemləri yoxdu. Ümumiyyətlə klubla yığma bir-birindən fərqlənir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.