15 noyabr 2011 15:55
Arazın Barselonaya gedəcək heyəti açıqlandı
Futzal üzrə UEFA kubokunun elit-raundunda çıxış edəcək Azərbaycan çempionu “Araz” klubunun iştirak ərizəsi müəyyənləşib. Azerisport.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Komandamızın heyətinə 12 futbolçu salınıb. Onların siyahısını diqqətinizə çatdırırıq:
Andrey Tveyankin, Marat Salyanski, Junior Rosenkler De Karvalyo, Tyaqo Qabriel Rodriqes Pas, Rafael Quantanilya Fuste, Namiq Məmmədkərimov, Amadeu Fernandes Da Silva Sorbinyo, Rizvan Fərzəliyev, Rəcəb Fərəczadə, Duqlas Vilyan De Sa, Jadder Dantas, Vitali Borisov.
“Araz”ın oyunlarının təqvimini diqqətinizə çatdırırıq:
17 noyabr, saat 21:30
Araz - Eindhoven
18 noyabr, saat 21:45
Chrudim – Araz
20 noyabr, saat 20:00
Araz - Barcelona
Xatırladaq ki, bu qrupun oyunları İspaniyanın Barselona şəhərində keçiriləcək. Oyunların başlanma saatı Bakı vaxtı ilə göstərilib.
