15 noyabr 2011 16:02
Azərbaycanlı hakim Qitələrarası kubokda
Çimərlik futbol üzrə FİFA referisi Əfqan Həmzəyev beynəlxalq turnirə dəvət olunub. Azerisport.az xəbər verir ki, o, Beynəlxalq Çimərlik Futbolu Federasiyasının təşkilatçılığı ilə noyabrın 21-dən 27-dək Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək Qitələrarası kubok yarışanda iştirak edəcək.
Bundan əlavə, 18-19 noyabr tarixlərində Gürcüstanın Batumi şəhərində Əfqan Həmzəyevin iştirakı ilə seminar keçiriləcək. Qeyd edək ki, Beynəlxalq Çimərlik Futbolu Federasiyası tərəfindən Əfqan Həmzəyev Qara dəniz hövzəsi ölkələrinin çimərlik futbolu üzrə “Dostluq” kubokunun Təşkilat Komitəsinin sədri təyin olunub.
