15 noyabr 2011 16:23
Hafiz Məmmədov Braziliyaya dəvət olundu
"Bakı" futbol klubunun prezidenti Hafiz Məmmədov mötəbər futbol sərgisinə dəvət alıb. Azerisport.az xəbər verir ki, "Soccerex" İcraçı direktoru Daniel Kperbs tərəfindən imzalanan rəsmi dəvət məktubunda "Bakı" futbol klubunun uşaq və yeniyetmə futbolu sahəsindəki fəaliyyəti və əldə etdiyi nailiyyətlərə xüsusi diqqət yetirlir.
Cənab Krebs Hafiz Məmmədovun Soccerex-2011-də VİP qonaq simasında görməkdən məmnun olacağını ifadə edib.
26-30 noyabr tarixlərində Rio de Janeyroda təşkil olunacaq futbol festivalında FİFA, Braziliya Futbol Federasiyası (CBF), "Çelsi", "Milan", Coca Cola, Adidas, Sony kimi nəhəng şirkətlər yeni futbol texnologiyaları nümayiş etdirəcəklər.
1995-ci ildə əsası İngiltərədə qoyulan Soccerex müxtəlif qitələrdə təşkil etdiyi forum, futbol festivalları və sərgilərlə futbolun inkişafına xidmət edir. Soccerex 2011-ci ildə Mançesterdə Avropa forumu və Sinqapurda Asiya forumu reallaşdırıb. Qlobal konvensiyalar (Global Convention) adlı növbəti tədbir yuxarıda qeyd olunan tarixlrdə Braziliyada düzənlənəcək.
